Haqqımızda

WWW.E-BOOK.AZ resursu (bundan sonra elektron kitabxana) 2013-cü ildən etibarən fəaliyyətə başlamışdır. Elektron kitabxanamızda Azərbaycan dilində olan kitabların elektron formasını tapa bilərsiniz. Məqsədimiz oxucular üçün Azərbaycan dilində olan müxtəlif kitabların elektron versiyalarını vahid bazada cəmləşdirmək və istifadəsini asanlaşdırmaqdır. Elektron kitabxanamızdakı materiallar bir sıra kateqoriyalara görə sıralanaraq oxucunun axtarışı daha tez zamanda başa vurmasına yönəlib. Bazamızdakı kitabların əksəriyyəti istifadəçilər tərəfindən yerləşdirilmişdir, belə ki, siz də qeydiyyatdan keçərək, Azərbaycan dilində olan vəsaitləri resursa yerləşdirib saytın istifadəçilərinə öz töhvənizi verə bilərsiniz. Həmçinin qeydiyyatdan keçdiyiniz təqdirdə, elektron kitabxanamızın “mənim kitabxanam” xidmətindən də yararlana bilərsiniz. Adı çəkilən xidmət sayəsində siz bəyəndiyiniz kitabı bir kliklə şəxsi kitabxananıza əlavə edə və istənilən vaxt elektron kitabxanamıza daxil olaraq həmin kitabı oxuya yaxud yükləyə bilərsiniz. Eyni zamanda qeydiyyatdan keçməklə kitablara rəy də yaza bilərsiniz, bu isə oxuculara həmin kitab haqqında müvafiq məlumatı əldə etmək üçün yaxşı bir mənbə rolunu oynaya bilər. Həvəskar ya da peşəkar şəkildə fəaliyyət göstərməsindən asılı olmayaraq heç bir iş xəta və yanlışdan tam sığortalanmayıb, belə ki, siz də qeydiyyatdan keçərək, saytda ehtimal olunan xətalar və ya müəllif hüquqlarının pozulması halları barədə bizi məlumatlandıra və onların ən qısa müddətdə düzəldilməsinə kömək edə bilərsiniz. Qeyd etmək istəyirik ki, bu kitabxana sizindir və sizin dəstəyinizlə onu daha da inkişaf etdircəyimizə inanırıq.

Hörmətlə, e-book.az komandası.
Son yeniləmə tarixi: 8 avqust 2015

Qaydalar və şərtlər

E-book.az saytın prinsipləri

E-book.az saytının yaradıcıları olaraq ölkədə ana dilində elektron materialların sayını artırmağı özümüzə başlıca məqsəd bilirik. Bu saytı yaratmaqla azərbaycan dilli istifadəçilərin bədii və elmi ədəbiyyatdan, məqalələrdən, monoqrafiyalardan, dissertasiyalardan, hesabatalrdan, lüğətlərdən və s. öz ana dillərində yararlanmasına şərait yaratmaq nəzərdə tutulubdur. Sayta və saytdan material yükləmək və onlardan istifadə etmək tamamilə ödənişsizdir.

Preambula

Saytdan qeydiyyatdan keçməklə Qaydalarla və Gizlilik Siyasəti ilə razılaşmış olursunuz. Əgər hər hansı qayda və ya şərt sizi qane etmirsə o zaman bu saytdan istifadə etməməlisiniz.

Qaydalar

Ümumi müddəalar

Saytın daxili qaydaları ümumi hüquq və e-book.az saytının prinsipləri rəhbər tutularaq yazılmışdır və bizimlə saytın istifadəçiləri arasında yaranan münasibətlərin əsasını təşkil edir.
Saytın daxili qaydaları vaxtaşırı dəyişə bilər. Biz sizi dəyişikliklər barədə məlumatlandırmaq üçün xəbərdarlıq göndərə bilərik.

Qeydiyyat

  • Saytdan istifadə etmək üçün qeydiyyatdan keçmək vacibdir. Qeydiyyatdan keçərkən Siz saytın daxili siyasətini qəbul edir və ona əsasən fəaliyyət göstərəcəyinizi öz üzərinizə götürürsünüz;
  • Qeydiyyatdan keçərkən yalnız öz adınızla və yalnız bir hesab yarada bilərsiniz. Saxta hesabların yaradılması qadağandır və belə hal aşkarlanarsa həmin hesab dərhal dondurulur;
  • Sizin hesab dondurulduqdan sonra yeni hesab aça bilmərsiniz;
  • Qeydiyyatdan keçərək siz hesabınızın saytın digər istifadəçiləri üçün açıq olmasına razılıq verirsiniz. Hesabınızdan yüklənilən bütün materiallardan digər istifadəçilər də yararlana bilər;

Ədəbiyyatdan istifadə

  • Sayta və saytdan hər cür ədəbiyyat növü, yəni, bədii və elmi kitablar, monoqrafiyalar, məqalələr, dissertasiyalar, hesabatlar, lüğətlər və s. yükləmək sərbəstdir;
  • Sayta ancaq Azərbaycan dilində olan materiallar yüklənilə bilər;
  • İstifadəsi və yayılması Azərbaycan Respublikasının ərazisində qadağan olunmuş kitabların sayta yüklənilməsi qadağandır.
  • Sayta pornoqrafik xarakterli, nifrət və ayrıseçkilik məzmunlu materialların yüklənməsi qadağandır;
  • Yüklənilən ədəbiyyatın müəllifindən on-line oxunuş üçün razılığın alınması Sizin vəzifənizdir; Gələcəkdə yarana biləcək hüquqi nəticələrə görə saytın rəhbərliyi hər hansı bir məsuliyyət daşımır;
  • Saytdakı materialları qanundan kənar üsullarla əldə etməyə, onları çoxaltmağa və yaymağa görə hesabınız dondurulacaq;
  • Saytdan yüklənən materiallardan kommersiya məqsədi ilə istifadə etmək qadağandır;

Təhlükəsizlik

  • E-book.az olaraq saytın hər zaman istifadəçilər üçün təhlükəsiz bir məkan olmasını təmin edirik, lakin siz saytdan müəyyən riskləri (saytın “hack” olunması və s.) nəzərə alaraq istifadə edirsiniz;
  • Saytdan istifadə zamanı hər hansı viruslar, trayanlar və digər qanuna zidd texniki vasitələrdən istifadə qadağandır;
  • Digər istifadəçilərin hesablarına icazəsiz daxil olmaq qadağandır;
  • Saytın siyasətinə xələl gətirəcək hərəkətlərin edilməsi qadağandır;

Məxfilik

Hesabınızdakı şəxsi məlumatların qorunması bizim üçün vacibdir. Daha ətraflı Gizlilik Siyasəti hissəsini oxuyun.

Yekun müddəlar

  • Əgər sayta yüklənmiş ədəbiyyatın müəllifi bundan narazılığını bildirərsə həmin materiallar saytdan yığışdırılır və onu yükləmiş istifadəçinin hesabı bloklanır;
  • Yaranmış mübahisələrin həlli kimi tərəflərin danışıq aparmaqları məqsədə uyğun sayılır. Danışıqlar nəticəsində ortaq mövqe əldə olunmasa tərəflər məhkəməyə müraciət etməkdə sərbəstdirlər;
  • Mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll edilir;

Gizlilik siyasəti

  • Sayta daxil etdiyiniz hər bir məlumat çərəzlərdə saxlanılır;
  • Daxil etdiyiniz məlumat bizdən başqa heç kimə açıq deyil ;
  • Hesabınız silindikdən sonra haqqınızda olan bütün məlumatlar saytın bazasından da silinir;
  • Hər hansı hüquq mübahisəsi olduqda və ya hüquq-mühafizə orqanlarından verilmiş sorğuya əsasən sizin haqqınızdakı məlumat onlara verilə bilər;

Əlaqə

Göndər

Nailiyyətlərimiz

Milli Net - Milli İnternet Mükafatı

Milli İnternet Mükafatı Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən peşəkar internet mükafatıdır. Bu mükafat hər il sosial, mədəni, elmi, iqtisadi, hüquqi və s. sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan və fəaliyyət göstərən milli internet resurslarına və internet layihələrinə müsabiqə üsulu ilə təqdim edilir.

Netty2014 Winners

NETTY Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. NETTY - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.